İyunun 23-də Azərbaycan Respublikası Baş Prokurorluğunun və İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə təşkilatçılığı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında “Biznes və insan hüquqları kontekstində şəffaflığın təmin olunması” mövzusunda beynəlxalq konfrans təşkil edilib.

"Unikal" xəbər verir ki, konfransda Baş prokuror Kamran Əliyev, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva və Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Zahid Oruc, KOBIA-nın sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Baş Prokurorluq, məhkəmə, hüquq-mühafizə orqanları, insan hüquqları üzrə təsisatların yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların, biznes qurumlarının, vətəndaş cəmiyyəti, həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri iştirak edir.

Konfransda giriş nitqi ilə Kamran Əliyev çıxış edib.

"Azərbaycanın bu gün də davam edən inkişafının təməlinin qoyulması ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır". 

O bildirib ki,  Azərbaycan insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunlaşdırılmasının təmin edib.

Bununla yanaşı,  Baş Prokurorluq tərəfindən "Özəl sektorda anti-korrupsiya standartları" mövzusuna həsr olunmuş kitab hazırlanıb. Bu barədə Baş prokuror Kamran Əliyev  "Biznes və insan hüquqları konteksində şəffaflığın təmin olunması" mövzusunda keçirilən konfransda çıxışı məlumat verib.

K.Əliyev bildirib ki, kitab Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən hazırlanıb. Vəsait artıq bir çox biznes subyektlərinə təqdim edilib. 

Bildirilib ki, "Qeyd olunan vəsait milli qanunvericilik beynəlxalq hüquq normaları ilə müqayisəli şəkildə təhlil edilərək və bir sıra beynəlxalq təcrübələrdən faydalanaraq hazırlanıb"