"Gədəbəydə Söyüdlü kəndindəki sakinlərin dediklərində də həqiqət var".

"Unikal" xəbər verir ki, bunu Gədəbəydən seçilən Milli Məclisin deputatı Arzu Nağıyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. 

O bildirib ki, problemi bu qədər böyütmək lazım deyildi: “Biz bu məsədə sadə xalqdan istifadə edildi deyə bilərik. Ölkə xaricində yaşayanlar və daxilində olan koordinatları bu hadisədən öz məqsədləri üçün istifadə etdilər. Jurnalistlərin və digər şəxslərin işləri araşdırılmalıdır. Bu gün Gədəbəydə  baş verən hadisələrin fonunda dövlətə qarşı böyük aksiyanın qarşısı alınıb və heç bir təhlükə yoxdur”.

Anar Kəlbiyev