Milli Məclisin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

"Unikal" xəbər verir ki, dəyişikliklər barədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. 

O bildirib ki, adıçəkilən qanuna 4 yeni maddə əlavə olunub, milli qanunvericiliyə 18 yeni anlayış gətirilib, eyni zamanda 11 maddə üzrə 86 dəyişiklik edilməsi təklif olunub.

Ümumilikdə qanun layihəsində 7 istiqamət üzrə dəyişikliklər nəzərdə tutulub.

Təqdimatdan sonra dəyişikliklər müzakirəyə çıxarılıb.

Sonda dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Anar Kəlbiyev