"Mütəmadi şəkildə şahidi olurduq ki, ölkədə fəaliyyət göstərən bir sıra siyasi partiyalar nə MSK-ya, nə də hansısa köçürmələr barədə hesabatla çıxış etmirlər".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, xaricdən ayrı-ayrı şəxslərdən vəsait alınması, o cümlədən xarici vətəndaşların onları himayə etməsi halları vardı: “Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və digərləri heç bir hesabatlarında sərf etdikləri  sərfiyyat barədə nə ictimaiyyətə, nə də aidiyyəti qurumlara  məlumat vermirlər. Sual ortaya çıxır ki, bu qədər maliyyəni haradan alırlar?! Pul onlara haradan daxil olur?! Başqa vaxt deputat və digərlərinə irad tutub onların pulunu saymaqla məşğul olurlar. Lakin biri meydana çıxsın, cavab versin. 20 ildir heç yanda işləmir, gəlir də göstərmir, amma bu qədər uzun müddətdə bu necə dolanır? Hər birinin cangüdəni, aparatı və işçiləri, bahalı avtomobilləri var. Deputatın 3 illik əməkhaqqısı miqdarında təhsil haqqı olan xarici universitetlərdə övladları oxuyur. Bütün bunların hesabatını verməlidirlər”.

Anar Kəlbiyev