Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin (YTB) əməkdaşları kütləvi şəkildə işdən çıxıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, YTB-nin Ağac Bəzək Bitkiləri Sovxozunun 20-dən çox əməkdaşı ağır iş rejimi və əməkhaqqı azlığı səbəbindən öz ərizələri ilə işdən ayrılıblar. Narazı işçilər bildiriblər ki, iş saatından artıq və istirahət günlərində də işə çıxarılsalar da, əlavə ödənişlər edilmir.

Bəzək Bitkiləri Sovxozunun direktoru bildirib ki, işçilər tətil edərək işdən çıxmaqla bağlı ərizələrini yazıblar.

Murad İbrahimli