Xəbər vertdiyimiz kimi, bu gün Yasamal rayonunun İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın baş verib. 

"Unikal" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi əməkdaşının Azərbaycan və Türk bayraqlarına olan davranışı qardaş ölkənin mətbuatında gündəm olub. 

"Yanğına müdaxilə edən yanğınsöndürənlər binanın aşağı mərtəbəsində yerləşən mağazalardan birinin qarşısında asılmış Türkiyə və Azərbaycan bayraqlarının zədələnməsinin qarşısını alıblar", - deyə məlumatda qeyd olunub. 

Ağarza Elçinoğlu