"Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojini 20 ilədək həbs cəzası gözləyir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın baş prokurorluğu "Telegram" kanalında məlumat yayıb.
İyunun 23-də Rusiya FTX-nin istintaq şöbəsi iş adamına qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 279-cu maddəsi (Silahlı üsyan) ilə cinayət işi açıb. Bu cinayət 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
***23.06.2023 / 23:59
Rusiya Federal Təhlükəsizlik Xidməti Vaqner ÇVK-nın rəhbəri Yevgeni Priqojinə qarşı silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb.
"Unikal" xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsi məlumat yayıb.
Ağarza Elçinoğlu