“NATO-nun baş katibi Yens Stoltenberqin Ukraynanın alyansa daxil olması perspektivləri ilə bağlı sözləri Ukrayna ordusunu ruhdan salır”.
" Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vlolodimir Zelenski “BBC”yə müsahibəsində deyib.
“Stoltenberq mənim mövqeyimi bilir - o, hər bir məsələdə olduğu kimi, həmişə tamamilə birbaşa və açıqdır. Hesab edirəm ki, bu, ordumuzu ruhdan salmaqdır. Çünki NATO-ya qoşulmaq Ukrayna üçün motivasiyadır”-deyə, o bildirib.
Qeyd edək ki, Stoltenberq iyulun 11-12-də keçiriləcək Vilnüs sammitində Ukraynanın NATO-ya üzv olmaq üçün dəvət almayacağını bildirmişdi.