Sərnişin təyyarəsi şassinin partlaması səbəbindən Honq-Konq hava limanına məcburi eniş edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 18 nəfər yaralanıb.
Polis təkərlərdən birinin həddindən artıq qızdığını və bunun partlayışa səbəb olduğunu bildirib.
Hadisə yerinə 10-dan çox təcili tibbi yardım maşını cəlb olunub. 275 nəfər xilas edilib. Təyyarənin hansı aviaşirkətə məxsus olduğu açıqlanmayıb.
Ağarza Elçinoğlu