"Hazırda ruslar üçün əsas məsələ Ali Baş Komandan, Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi altında birləşməkdir". 

"Unikal" xəbər verir  ki,  bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb.  

"Bizim bir baş komandirimiz var. Və o hamını birləşməyə çağırıb. İndi əsas məsələ budur. Yalnız birlik. Ali Baş Komandan bayrağı altında birlik"-  Zaxarova qeyd edib 

Onun sözlərinə görə, əgər indi ruslar birləşməsə ondan sonra heç nəyin əhəmiyyəti olmayacaq.

"Başa düşürəm ki, öz fikrinizi ölkənin və xalqın mənafeyindən üstün tutmaq şirnikdiriliyi böyükdür. Amma siz sadəcə olaraq buna təslim olsanız, yaşadığımız və Rusiya uğrunda mübarizə apardığımız hər şey, hər biri öz yerində çökəcək", - o bildirib. 

Xarici İşlər Nazirliyinin nümayəndəsi xatırladıb ki, indi ruslar ayrı-ayrı şəxslərin deyil, bütün Rusiyanın maraqlarını qoruyur. 

Gülayə Mecid