Estoniya sərhəd təhlükəsizliyini gücləndirib və Rusiyadakı "Vaqner" özəl hərbi şirkət ilə bağlı vəziyyəti yaxından izləyir

"Unikal" xəbər verir ki, bu barədə Estoniyanın baş naziri Kaja Kallas "Twitter" hesabında yazıb. 

Siyasətçi bildirib ki, Estoniya üçün birbaşa təhlükə yoxdur. Bununla belə, hakimiyyət vəziyyəti izləyir və müttəfiqlərlə məlumat mübadiləsi aparır: "Sizi əmin edə bilərəm ki, ölkəmiz üçün birbaşa təhlükə yoxdur. Sərhəd mühafizəsi gücləndirilib. Mən həmçinin xalqımızı Rusiyanın heç bir bölgəsinə səyahət etməməyə çağırıram".

Ağarza Elçinoğlu