Rostovda Cənub Hərbi Dairəsinin qərargahı yaxınlığında partlayış olub.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Xatırladaq ki, Yevgeni Priqojin Rusiya nizami ordusunun  muzdluların arxa düşərgələrinə raket hücumu təşkil etdiyini bildirmişdi. Priqojin əlavə edib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu indi "qorxaqcasına" Rostovdan qaçıb. Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumatı təxribat adlandırıb.