"Xalqı aşağılayan və yüz minlərlə insanı müharibəyə göndərən Putin Moskva vilayətində öz silahı ilə mühasirədədir. Şər yolunu seçən hər kəs özünü məhv edər".

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkədə hesabında yazıb.

“Rusiya öz zəifliyini və hakimiyyətinin axmaqlığını təbliğatla ört-basdır edib. İndi isə artıq o qədər xaos var ki, heç bir yalan gizlədilə bilməz. Rusiyanın zəifliyi göz qabağındadır. Rusiya öz qoşunlarını və muzdlularını torpaqlarımızda nə qədər uzun müddət saxlasa, sonradan bir o qədər xaos, ağrı və problemlər yaranacaq. Bu da göz qabağındadır”, - deyə o qeyd edib.  

Gülayə Mecid