Almaniya Rusiyadakı vətəndaşlarını növbəti xəbərdarlığa qədər Moskvanın mərkəzinə getməməyə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi açıqlayıb. 

"Cari hadisələrlə əlaqədar olaraq, inzibati bölgələrə, xüsusilə Rostov-na-Donu və ətraf ərazilərə səfərlərdən qaçınılmalıdır", - Almaniya XİN-in bəyanatında deyilir.

Bundan əvvəl Böyük Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Rusiyaya getməməyə çağırıb, eyni zamanda qeyd edib ki, Britaniya vətəndaşlarının Rusiyada çıxış reysləri hazırda problemlidir.

Ağarza Elçinoğlu