"Moskvanın iki istintaq təcridxanasında iğtişaşların başlaması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil".

"Unikal" xəbər verir ki,  bu  barədə Rusiya Federal Penitensiar Xidmətin (FSİN) Moskva Departamentinin mətbuat xidməti məlumat yayıb. 

"Bizdə hər şey sakitdir", - Federal Penitensiar Xidmətin nümayəndələri bildiriblər.

Qeyd edək ki, rus teleqram kanallarında Moskvada 2 saylı “Butırka” və 5 saylı “Vodnik” həbsxanalarında dustaqların iğtişaşlar törədikləri və qiyam qaldırdıqları barədə məlumat yayılıb. 

Gülayə Mecid