Türkiyə tərəfinin təşəbbüsü ilə Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Rusiya prezidenti silahlı üsyana cəhdlə bağlı ölkədəki vəziyyət barədə məlumat verib. Türkiyə Respublikasının Prezidenti Rusiya rəhbərliyinin atdığı addımları tam dəstəklədiyini bildirib.

Gülayə Mecid