Sankt-Peterburqda Yevgeni Priqojinin olduğu güman edilən "Trezzini" hotelinin həyətindəki yük maşınında külli miqdarda pul tapılıb. 

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, axtarışlar zamanı FSB əməkdaşları "Qazel"də aşkar edilən 40-dan çox qutuda 4 milyard rubl tapıblar. 

Pulun haradan gəldiyi, kimə məxsus olduğu və nə üçün nəzərdə tutulduğu hələ araşdırılır. 

Ağarza Elçinoğlu