Bakı dairəvi avtomobil yolunda sıxlıq müşahidə olunur.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. 

Bildirilib ki, sıxlıq yolda aparılan təmirlə bağlıdır: 

“Bakı dairəvi avtomobil yolunun Yasamal yaşayış kompleksi yaxınlığından keçən hissəsində təmir-bərpa işləri aparılır. Bu səbəbdən üzü Lökbatan dairəsi istiqamətinə olan yolda sıxlıq müşahidə olunur”, - məlumatda qeyd olunub.