Pekin 1991-ci il sərhədlərinə qayıtmaqla Ukraynanın ərazi bütövlüyünü bərpa etmək istəklərinə dəstək verəcəyini istisna etmir.

"Unikal" xəbər verir ki, bu barədə Çinin Avropa İttifaqındakı səfiri Fu Konq bildirib.

"Biz bütün ölkələrin ərazi bütövlüyünə hörmət edirik. Ona görə də Çin keçmiş Sovet İttifaqı ilə əlaqələr quranda biz buna razılaşdıq. Amma qeyd etdiyim kimi, bunlar Rusiya və Ukraynanın müzakirə etməli və həll etməli olduğu tarixi məsələlərdir", - diplomat qeyd edib. 

Onu da deyək ki, Ukraynada müharibə başlanandan bəri Çin ümumilikdə Rusiyanı dəstəkləyir. 

Ağarza Elçinoğlu