Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+92 kq) Polşada keçirilən III Avropa Oyunlarında növbəti döyüşünə çıxıb.
"Unikal" xəbər verir ki, dünya çempionatının mükafatçısı 1/4 finalda Stilianos Pouliasla (Yunanıstan) üz-üzə gəlib.
Görüş boksçumuzun qələbəsi ilə başa çatıb. Abdullayev rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.
O, yarımfinala çıxmaqla özü üçün ən azı bürünc medalı təmin edib. Məhəmməddən öncə Murad Allahverdiyev (80 kq) də 1/4 final döyüşünü qələbə ilə bitirib.
Qeyd edək ki, Avropa Oyunlarında yarımfinal döyüşləri iyunun 30-da olacaq.