“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC-nin Fransada çəkiliş aparan əməkdaşlarına edilən hücumu şiddətlə qınayıram”.

Bunu “Unikal”a açıqlamasında deputat Mahir Abbaszadə deyib.
O xatırladıb ki, dövlət televiziyasının əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar:

“Xoşbəxtlikdən müxbir və operator yüngül bədən xəsarətləri alıblar. Çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. 
AZTV əməkdaşlarının peşə borclarını yerinə yetirərkən hücuma məruz qalmaları ümumilikdə azad söz və ifadə azadlığına, sərbəst jurnalistikaya qarşı təzyiqdir. Bu, jurnalistlərin informasiya əldə etmək hüquqlarının məhdudlaşdırılmasıdır.

Fransa hakimiyyəti və aidiyyəti qurumları insidentə hüquqi qiymət verməli və bu əməli törədənləri müəyyən edərək məsuliyyətə cəlb etməlidir. Qısa müddət ərzində bu əməli törədənlər öz cəzalarını almalıdır”, - deyə deputat bildirib.

Murad İbrahimli