Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dünya müsəlmanlarının müqəddəs bayramı olan Qurban bayramı münasibətilə  rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar, o cümlədən ayrı-ayrı xeyriyyəçilər tərəfindən 28-29 iyun 2023-cü il tarixlərində sosial aksiya həyata keçirilib.

"Unikal" xəbər verir ki, həmçinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aztəminatlı, şəhid və qazi ailələrinin sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərə dəstək məqsədilə 50 ailəyə ərzaq sovqatı göndərib. Aksiya çərçivəsində 6 şəhid ailəsi, 6 qazi, 20 müharibə iştirakçısı, o cümlədən aztəminatlı, əlil, ahıl və kimsəsiz ailələr olmaqla ümumilikdə 200-dən çox ailəyə 100 ədəd ərzaq sovqatı və 440 kq qurban əti təqdim olunub. Rayon sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs Qurban bayramı ərəfəsində onlara göstərilən sosial dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.