Xətai rayonunda Qurban bayramı münasibətilə əməkdar artist Səlim Abbasovun iştirakı ilə konsert proqramı təşkil olunub.

"Unikal" xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon ağsaqqalları, şəhid və qazi ailələrinin üzvləri və sakinlər iştirak ediblər.

Konsertdə  incəsənət ustaları tamaşaçılara bir-birindən maraqlı ifalar təqdim ediblər.

Tədbir sakinlər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.