İndoneziyanın Yava adasında Rixter cədvəli üzrə 6,4 maqnitudada zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə İndoneziyanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Şurası məlumat yayıb.

Bildirilir ki, təbii hadisə nəticəsində bir nəfər ölüb, 10 nəfər xəsarət alıb.

 

Zəlzələ Yoqyakarta bölgəsində və Mərkəzi Yava əyalətində yüzlərlə evə, ofisə, tibb və təhsil müəssisəsinə ziyan vurub.