Taylandın paytaxtı Banqkokda yerləşən Don Mueang Beynəlxalq Hava Limanında (DMK) bədbəxt hadisə baş verib. 

"Unikal" xəbər verir ki, 57 yaşlı qadının ayağı eskalatora ilişib. Bu zaman hərəkətli pilləkənin fəaliyyəti dayandırılsa da, qadını xilas etmək mümkün olmayıb. 

Sərnişini xilas etmək üçün qruplar və səlahiyyətlilər müdaxilə edib. Qadının ayağının təcili yardım əməkdaşları tərəfindən hadisə yerində dizdən yuxarı amputasiya olunub.