Bu gün Oxu.Az informasiya saytı 10 yaşını qeyd edir.

"Unikal" xəbər verir ki, sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb. Bu gün Oxu.Az ölkənin ən böyük media ailəsinin - “Global Media Group” media holdinqinin tərkibində fəaliyyət göstərir. 

Saytda onlarla işçi fasiləsiz işləyir. Sayt hər gün yüzlərlə xəbəri iki dildə - Azərbaycan və rus dillərində dərc edir. Oxu.Az kollektivi təkcə ölkəmizdə deyil, bütün dünyada baş verən ən son xəbərləri operativ şəkildə oxuculara çatdırmaq üçün gecə-gündüz çalışır.