Xəbər verdiyimiz kimi, ötən gün Bakıda çoxmərtəbəli yaşayış binasında lift qırılıb. Hadisə nəticəsində 4 qadın ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib. 

"Unikal" xəbər verir ki, jurnalist  Anar Məmmədov "Facebook" səhifəsində hadisədən sonrakı vəziyyətin görüntülərini paylaşıb. 

Videogörüntülərdə ağır xəsarət aldığı deyilən qadınların və uşaqların liftdən çıxarıldığı əks olunub.