Ukraynada hazırda davam edən müharibə zamanı “Vaqner” özəl hərbi şirkətinin 21 min muzdlu döyüşçüsü zərərsizləşdirilib. 

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski “El Mundo” qəzetinə müsahibəsində deyib. 

Onun sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri tərəfindən bu dövr ərzində daha 80 min “Vaqner” döyüşçüsü yaralanıb.