"İyulun 11-12-də Vilnüsdə alyansın sammitində ölkəni NATO-ya dəvət etmək üçün bütün əsaslar var".

"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Bu gün Ukraynaya NATO üzvlüyünə dəvət vermək üçün hər cür əsas var. Sammitin Ukraynanın hərbi əməliyyatlar bitdikdən sonra NATO-nun bərabərhüquqlu üzvü ola biləcəyinə dair çox aydın və başa düşülən siqnala ehtiyacı var. Bu, dəvətdir", – deyə Ukrayna lideri bildirib.