Bu gündən “BakıKart” mobil tətbiqi ölkə ərazisində rəsmi olaraq fəaliyyətə başlayıb.

"Unikal" xəbər verir ki, artıq tətbiq üzərindən səfərləri planlaşdırmaq, gediş üçün kart balansını artırmaq mümkündür.

Belə ki, tətbiqdə qeydiyyatdan keçmək üçün mobil telefon nömrəsini və şifrəni yazmaq kifayətdir. Tətbiq üzərindən, həmçinin asanlıqla marşrutları axtarmaq, təyinat yerinə ən yaxın dayanacaqları tapmaq və real vaxt rejimində avtobusları izləmək mümkündür.