Fransanın böyük şəhərlərində ötən gecə boyu etiraz aksiyaları zamanı saxlanılanların sayı açıqlanıb.

"Unikal" France Info”ya istinadla xəbər verir ki, aksiyalarda saxlananların sayı 719 nəfərə çatıb.

Paris və ətrafında saxlanılanların sayı 200 nəfərə yaxındır.

09:00

Səhər saatlarında Fransada iğtişaşlarla əlaqədar yüzlərlə insan saxlanılıb.

“Unikal” xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen sosial şəbəkə hesbaında yazıb.

Nazir bütün ölkə üzrə 400-dən çox adamın hüquq-mühafizə saxlanıldığını açıqlayıb.

“Axşam saatlarından indiyədək 427 nəfəri həbs edən polisin qətiyyətli tədbirləri sayəsində gecə daha sakit keçdi”, - nazirin paylaşımında bildirilir.

İyulun 2-si bazar gününə keçən gecə 45 mindən çox fransız polisi və jandarmı vəzifəsini yerinə yetirib.