Azərbaycanda son 20 ildə yığılan qanunsuz saxlanılan odlu silahların sayı açıqlanıb.

"Unikal" xəbər verir ki,  daxili işlər naziri Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Polis Günü”nə və 2022-2023-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə bildirib ki, son 20 ildə əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb.