Azərbaycanda son 20 ildə cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub.

"Unikal" xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazov bunu Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Polis Günü”nə və 2022-2023-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə bildirib.

Nazir qeyd edib ki, bu müddət ərzində axtarışda olan 69 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 20 tona yaxın narkotik vasitə çıxarılıb.