Dağıstanda turistlərin sərnişin olduğu hava şarı qayaya çırpılıb, 4 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, hadisə Mahaçqalanın Tarki-Tau ərazisində baş verib. Buna səbəb şarı havaya qaldıran mexanizmin zədələnməsi olub.

Nticəsində dörd sərnişinin hamısı ciddi xəsarət alıb.

Faktı Dağıstan Respublikası prokurorunun böyük köməkçisi Tatyana Qolubova da təsdiqləyib. Rayon prokurorluğu araşdırma başladıb. Dağıstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə bildirir ki, Mahaçqalada hava şarı düşməyib, sadəcə, təcili eniş edib.

“Pilotun dediyinə görə, çırpılma olmayıb, pilot özü hava şarını yerə endirib. Təcili eniş etməyə nəyin səbəb olduğunu açıqlamayıb. Şarda pilot və üç sərnişin olub. Hamı sağdır”, - DİN-in açıqlamasında bildirilir.