Tehranda saxta spirtli içkidən zəhərlənənlərin sayı artıb.

"Unikal" xəbər verir ki, bu gün Tehran əyalətinin Rabat Kərim şəhərinin prokuroru Məhəmməd Yusifvənd bu ayın əvvəlindən bəri şəhərdə saxta spirtli içkilərdən zəhərlənənlərin sayının 41 nəfərə çatdığını bildirib.

Son bir həftə ərzində şəhərdə saxta spirtli içkidən zəhərlənənlərin sayının iki dəfə artdığına diqqət çəkən prokuror nəticədə 6 nəfərin öldüyünü, daha bir nəfərin də görmə qabiliyyətinin pisləşməsi ilə əlaqədar reanimasiya şöbəsinə yerləşdirildiyini qeyd edib.