Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 159 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 138, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 15, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 5 nəfərdir.