Dünyanın ən məşhur bodibilderlərindən biri, "Joesthetics" ləqəbi ilə tanınan 30 yaşlı Co Lindner ölüb.
"Unikal" xəbər verir ki, idmançı anevrizmadan (arteriya divarında qabarıqlıq) dünyasını dəyişib.
Lindnerin sevgilisi Niça onun 3 gün boyun ağrısı keçirdiyini, ancaq buna əhəmiyyət vermədiyini deyib:
"Mənim qollarımda vəfat etdi. Bu o qədər tez oldu ki... 3 gün əvvəl boynunda ağrı olduğunu dedi, amma buna əhəmiyyət vermədi. Artıq gecdir. İnsanlar onu mənim tanıdığım kimi tanısaydı... o, bu dünyanın ən gözəl və inanılmaz insanı idi".