"Orqanlarımızın normal işləməsi və dolayısı ilə həzmin də yaxşı olması üçün su əvəzedilməzdir. Əlbəttə ki, zamanında və qədərində su içmək şərtdir".

"Unikal" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Nahid Məhərrəmov deyib.

O bildirib ki, insanın gün ərzində təqribən 1.5-2 litr su içməsi məqsədə uyğundur:

"Hər gün oyandıqdan dərhal sonra, yəni acqarına bir stəkan su içmək çox faydalıdır. Yatmazdan ən tez 3 saat əvvəl su qəbulunu dayandırmaq lazımdır. Yeməkdən yarım saat əvvəl və ən tez 40 dəqiqə sonra içilən suyun faydaları daha çoxdur. Yemək zamanı maye qəbulu tövsiyə olunmur".