Diaqnoz Tibb Mərkəzinin Həkim-Radioloqu Aydın Mirzəyev Tibb üzrə Fəlsəfə Doktoru elmi dərəcəsinə layiq görülüb.

"Unikal" xəbər verir  ki, tibb üzrə Fəlsəfə Doktoru dissertasiyasının müdafiəsi böyük zəhmət tələb edən amma şərəfli bir işdir. İllərlə apardığı tədqiqatın nəticələrini uğurla müdafiə etmək və yüksək qiymətə layiq görülmək qürurvericidir. 

Bu münasibətilə T.ü.f.d Aydın Mirzəyevi səmimi qəlbdən təbrik edir və ona gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq.