Milli Məclisin deputatı Anar Məmmədov Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı aparatının inzibati binasında yerləşən ofisdə növbəti vətəndaş qəbulunu keçirib.

“Unikal” xəbər verir ki, qəbulda YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Goranboy rayon şöbəsinin sədri Orxan Əliyev iştirak edib.

Deputat qəbul zamanı seçicilərin çoxsaylı müraciətlərini dinləyib.

Qəbul zamanı, vətəndaşlar tərəfindən edilən müraciətlərdən Milli Məclisin deputatının səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verildi. Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanması məqsədəmüvafiq hesab edildi.

Sonda qəbula gələn vətəndaşlar müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, o cümlədən Goranboy rayonunda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.