Almaniya yığmasının sabiq müdafiəçisi Horst-Diter Höttges 79 yaşında vəfat edib.
“Unikal” xəbər verir ki, bu barədə Almaniya Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Höttges futbolçu kimi 1964/65 mövsümündə ölkə çempionu olduğu “Borussiya Mönhenqladbax” və “Verder Bremen”də çıxış edib. O, komandanın heyətində 483 oyun keçirib və bu göstərici ilə klub tarixində altıncı yeri tutub.
Futbolçu milli komanda ilə birlikdə dünya çempionu (1974), gümüş (1966) və bürünc (1970) qalibi olub. 1972-ci ildə Höttges Avropa çempionatının qalibi olub.
Nuranə Abbasova