Ötən il Azərbaycanın ali təhsil müəssisələrindən 7855 tələbə xaric edilib.

"Unikal" xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd olunub.

Bildirilib ki, onlardan 4280-i bakalavr, 946-sı magistratura, 1409-u tam orta, 1220-si isə ümumi orta ixtisas bazası üzrə təhsil alırmış.