İranda son 6 ay ərzində 354 nəfər edam edilib.

"Unikal" xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları Təşkilatının hesabatına istinadla xəbər verib.

Bildirilir ki, edam edilənlərdən 206 nəfəri narkotik maddələrdən istifadədə ittiham olunublar. Ümumilikdə narkotik cinayətləri ilə bağlı edam edilənlərin sayı 126% təşkil edib.

Edam edilənlər arasında 71 nəfəri etnik bəlucdur.

İranda İnsan Haqları Təşkilatı rejimin edam maşınını sürətləndirməsinə toxunaraq, beynəlxalq ictimaiyyəti öz sükutunu pozmağa və vətəndaşların hökumət tərəfindən edam cəzasına məkum edilməsinə qarşı çıxmağa çağırıb.