Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının heyətində növbəti qolunu vurub.
"Unikal" xəbər verir ki, 26 yaşlı hücumçu Bolqarıstanın MOİK komandasına qarşı yoxlama oyununda fərqlənib.
Təcrübəli forvard 21-ci dəqiqədə rəqib qapısına yol tapmaqla görüşdə hələlik yeganə qolun müəllifi olub. Hazırda qarşılaşmada fasilədir.
Qeyd edək ki, Mahir Emreli ötən mövsümün ikinci yarısını icarə əsasında Türkiyə "Konyaspor"unda keçirib.