"Batumi Open" beynəlxalq karate turnirində erməni idmançının azərbaycanlı karateçiyə qarşı daha bir təxribatı qeydə alınıb.
“Unikal” xəbər verir ki, erməni karateçi bu dəfə idmançımıza qarşı fəxri kürsüdə kobudluq edib. Belə ki, Alika Semixovanın qələbəsini həzm edə bilməyən erməni idmançı Azərbaycan bayrağının açılmasına imkan vermək istəməyib.
Lakin idmançımız bunun qarşısını alıb.