Fransada altı gün davam edən iğtişaşlar zamanı polis 1124-ü azyaşlı olmaqla 3625 nəfəri saxlayıb .
"Unikal" xəbər verir ki, bu günə qədər 380 azadlıqdan məhrumetmə ilə bağlı qərar qəbul edilib və bu, son rəqəm deyil, media qeyd edir.
Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb. Onlar polislə toqquşmaya, mağaza və ticarət mərkəzlərinin talanına, quldurluğa çevrilib.
İyulun 4-də Fransa prezidenti Emmanuel Makron ölkədə iğtişaşların pik həddinin keçdiyini bəyan edib .
Ekspertlər deyirlər ki , etirazlar “çox planlı” görünür.