Belarusun nəqliyyat və rabitə naziri Aleksey Avraamenko 47 yaşında qəfil vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə BelTA xəbər agentliyi məlumat yayıb.
2006-cı ildən Avraamenko Belarus Nazirlər Şurasının Nəqliyyat və Kommunikasiya Departamentindən başlayaraq hökumətdə işləyib. 2013-cü ildən Nəqliyyat və Rabitə Nazirliyində nazir müavini, 2016-cı ildən birinci müavin vəzifələrində çalışıb. 2019-cu ildə Avraamenko nəqliyyat və rabitə naziri vəzifəsinə təyin olunub.
Gülayə Mecid