Tatarıstanda quraqlıq səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.

“Unikal” TASS-a istinadən xəbər verir ki, müvafiq əmri respublika rəhbəri Rüstəm Minnixanov imzalayıb.

“Kənd təsərrüfatı bitkilərinin tələf olmasına səbəb olan təbii fəlakətlər kompleksi (şaxta, quru küləklər, torpaq quraqlığı) nəticəsində ərzaq təhlükəsizliyinə təhlükənin qarşısının alınması məqsədilə 3 iyul 2023-cü il tarixindən sonrakı xəbərdarlığa qədər fövqəladə vəziyyət elan edilsin və regional cavab tədbirləri görülsün”, - əmrdə deyilir.

Sənədə əsasən, fövqəladə vəziyyət rejimi respublikanın bütün 43 rayonunda tətbiq ediləcək. 

Nuranə Abbasova