İranda aptekdə silahlı şəxs 5 nəfəri girov götürüb. 

"Unikal" "Mehr" agnetliyinə istinadən xəbər verir  ki, hadisə ölkənin Fars əyalətinin Şiraz şəhərində qeydə alınıb. Məlumata görə, aptekləri soymağa cəhd edən 35 yaşlı hücumçu 5 nəfəri girov götürüb. Əraziyə polis cəlb olunub.  

Polislərə atəş açmağa başlayan şəxs polisin xəbərdarlığına baxmayaraq təslim olmaqdan imtina edib və girovları öldürməklə hədələyib. Bundan sonra aptekdə  atışma baş verib.  Hücumçu şəxs güllələnib.