Rusiya Federasiyasına hərbi yardım göstərən ölkələr İran İslam Respublikası, Belarus Respublikası və Koreya Xalq Demokratik Respublikasıdır. 

"Unikal" xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksiy Qromov yerli KİV-ə müsahibəsində deyib. 

“İran, Belarus və Şimali Koreya kimi ölkələr Rusiya Federasiyasına kömək edən liderlər olaraq qalırlar. Bundan əlavə, postsovet məkanının bəzi ölkələri Rusiya Federasiyasının ərazisinə müasir silah və hərbi texnikanın istehsalı üçün yüksək texnologiyalı komponentlərin idxalına töhfə verir”, - Qromov qeyd edib.